Qubada evdə partlayış olub, xəsarət alanlar var
    • 15-11-2020, 11:02
    • 529

Qubada evdə partlayış olub, xəsarət alanlar var

Qubada qaz təchizatından qeyri-qanuni istifadə edən evdə partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Əlibəyqışlaq kəndində fərdi yaşayış evində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Nazim Nurbala oğlu Nəsirov, həyat yoldaşı 1988-ci il təvəllüdlü, Nazbikə Seyfəl qızı Nəsirova və övladları 2013-cü il təvəllüdlü Məhəmməd Nəsirov ağır yanıq xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə yerləşdiriliblər.

Xaçmaz Regional Qaz İstismarı İdarəsi Quba Xidmət Sahəsindən verilən məlumata görə, partlayışa səbəb vətəndaşın yeni tikdiyi evə eyni həyətdə olan evdən rezin boru vasitəsilə qaz şəbəkəsinə qoşulması, təhlükəsizlik qaydalarını pozması və təbii qazdan qeyri-qanuni istifadə etməsi olub. İdarə əməkdaşları dəfələrlə həmin vətəndaşa xəbərdarlıq etdiklərini və təbii qazın verilişini dayandırdıqlarını bildiriblər.

Quba Regional Diaqnostika və Müalicə Mərkəzindən verilən məlumata hər üç xəstə şok vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.