Uşaqlarınızı İNTİHARA yol açan bu oyundan qoruyun - MOMO
    • 31-07-2018, 15:14
    • 3 749

Uşaqlarınızı İNTİHARA yol açan bu oyundan qoruyun - MOMO

“Sosial şəbəkələrdə diqqətli olun!”- deyə xəbərdarlıq edilib. “Mavi balina”dan sonra intihara yol açan daha bir oyun meydana çıxıb - “Momo” 

News24.az xəbər verir ki, gənclər arasında yayılan və intihara yol açan “Mavi balina”nın ölkəmizdə də qurbanı olmuşdu. Yeniyetmə oyunu oynadıqdan sonra özünə qəsd etmişdi.

Daha çox WhatsApp üzərindən yayılan “Momo”nu daha çox insan tanıyacaq. Artıq Latın Amerikasında “Momo”yla bağlı həyəcan təbili çalınıb. “Momo”nun telefonları zəbt etməsinə izin verməyin.  

Qeyd edilir ki, hər şey Facebook səhifəsində başladı. Bir qrup insan yad nömrə axtarmaq üçün bir-birlərinə meydan oxumağa başladılar. Və həmin insanlar “Momo”ya mesaj atdıqlarını deyiblər. Geriyə cavab olaraq işgəncə əks etdirən şəkil, bəziləri isə, təhdidlə dolu mesajlar aldıqlarını bildiriblər. 

Qeyd edək ki, Meksika polisləri artıq twitterdə ölkə vətəndaşlarını ehtiyatlı olmağa səsləyib. Lakin oyun artıq Amerika sərhədlərini keçərək ABŞ, Fransa və Nepala qədər yayılıb. İspaniya polisi də xalqı diqqətli olmağa və “Momo”dan uzaq durmağa çağırıb. 

Elvin Nüsrətoğlu