-
- 28-02-2024, 19:00
- 304
Qəzzadakı fələstinlilər aclıq və xəstəlikdən əziyyət çəkir
İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağının şimalında fələstinlilər ölümcül aclıqdan əziyyət çəkir.
News24.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qəzzanın şimalındakı Beyt Lahiya şəhərinin sakini 48 yaşlı fələstinli Fəthi Səid, İsrailin hücumları və blokadası nəticəsində humanitar fəlakətə çevrilən aclıq və aclıq təhlükəsi altında ailəsi ilə birlikdə həyatda qalmaq mübarizəsindən danışıb.
İsrailin bombardmanları nəticəsində Beyt Lahiyadakı evi dağıdılan Səid və ailəsi minlərlə fələstinli ailə kimi sığınacaq mərkəzində həyatla mübarizə aparır.
Mehriban Mirzəzadə