"İslami Cihad"ın komandirlərindən biri də MƏHV EDİLDİ
    • 12-10-2023, 13:06
    • 238

"İslami Cihad"ın komandirlərindən biri də MƏHV EDİLDİ

Fələstinin radikal "İslami Cihad" qruplaşmasının liderlərindən biri Abdel Rəhman Şehab Qəzza zolağında İsrailin atəşi nəticəsində həlak olub.

News24.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı qruplaşmaya istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə endirdiyi zərbə nəticəsində Şehab ailəsi ilə birlikdə həlak olub. 

Aynurə