Ərəblərin səbri daşdı: Ronaldo cəzalandırıldı
    • 29-02-2024, 10:50
    • 284

Ərəblərin səbri daşdı: Ronaldo cəzalandırıldı

"Əl-Nəsr"in hücumçusu Kriştano Ronaldo cəzalanıb.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi qərar verib.

Portuqaliyalı futbolçu 1 oyunluq diskvalifikasiya olunub. Buna səbəb onun “Əl-Şəbəb”lə oyunda (3:2) rəqib azarkeşlərə qarşı qeyri-etik jest etməsi olub.

39 yaşlı ulduz 7998 dollar cərimə də ödəməli olacaq.