-
- 29-02-2024, 11:00
- 217
Bu ölkə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladı
Yeni Zelandiya hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketini təqdim edib.
News24.az xəbər verir, bu barədə Yeni Zelandiya Xarici İşlər və Ticarət Nazirliyinin saytında məlumat verilib.
“Yeni Zelandiya sanksiyalardan yayınmağa imkan verən və ya hərbi texnikanın tədarükü və təhvil verilməsini asanlaşdırmaqla Rusiyaya maddi və ya strateji dəstək verən 45 fiziki şəxsə və 16 quruma qarşı sanksiyalar tətbiq edib”,- deyə məlumatda qeyd olunub.
Mehriban Mirzəzadə