-
- 21-02-2024, 14:05
- 187
Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqlədi
Avropa İttifaqı ölkələrinin səfirləri fevralın 24-dək qüvvəyə minəcək 13-cü Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
News24.az xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat yayıb.
“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki,sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin adı daxildir.
Mehriban Mirzəzadə