-
- 29-02-2024, 13:46
- 439
Adnan Oktar həbsxanada da rahat durmadı - Qadın vəkillərlə...
8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxanada çoxlu gənc qadın vəkillə görüşdüyü iddialarından sonra barəsində tədbir görülüb.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, Oktar Ərzurum Dumlu Qapalı Həbsxanasından Van Başkale Qapalı Həbsxanasına köçürülüb.
Türkiyə Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.
Məlumata görə, 8 min 658 il həbs cəzası alan Adnan Oktar fəaliyyətini həbsxanada davam etdirərək vəkillər vasitəsilə təşkilatı yaşatmağa çalışıb. Bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib.
Onun həbsxanada olduğu son 15 gün ərzində 200-ə yaxın vəkillə hüquqi yardım adı altında görüşlər keçirdiyi bildirilir.