-
- 29-02-2024, 14:33
- 172
İsrailin yeni hədəfi Livandırmı?
Livan sərhədində Hizbullah yaraqlıları ilə İsrail qüvvələri arasında qarşıdurma davam edir.
News24.az xəbər verir ki, Amerika administrasiyası və kəşfiyyat rəsmiləri İsrailin Livana təcavüzü ehtimalından narahatdırlar.
CNN telekanalının və ABŞ-ın yüksək rütbəli rəsmilərinə əsaslanan xəbərlərə görə, Hizbullahı şimal sərhədindən sıxışdırmaq üçün diplomatik səylər uğursuz olarsa, İsrailin yaya doğru qurudan Livanı işğal etməyi planlaşdırdığı düşünülür.
İsrail hələ son qərarı verməsə də, ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya daxilində narahatlığın kifayət qədər ciddi olduğu bildirilib.
Əməliyyatın yazın sonu və ya yazın əvvəlində baş verə biləcəyindən xəbərdar olan bir məmurun sözlərinə görə, hücum ehtimalı yüksək rəhbərlik üçün kəşfiyyat brifinqlərinə daxil edilib.
Bayden administrasiyasının yüksək rütbəli rəsmisi, "İsrailin yaxın aylarda hərbi əməliyyata başlayacağı ehtimalı ilə hərəkət edirik" dedi.
Günel Məlikzadə