-
- 25-01-2024, 19:00
- 234
İsrail İtaliyadan Hizbullaha kömək istədi
İsrailin xarici işlər naziri İsrael Katz İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə Qüdsdə keçirdiyi görüşdə İtaliyadan Livanın şiə Hizbullah hərəkatının İsrailin şimal sərhədində olması probleminin diplomatik həllinə yardım etməsini istəyib.
News24.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
"Mən ondan Hizbullahı Livanın cənubundan sıxışdırmaq üçün Livan hökumətinə müdaxilə etməsini xahiş etdim",-deyə Katz bildirib.
O qeyd edib ki, İsrailin Qəzza zolağındakı missiyasını başa çatdırmaqdan başqa seçimi yoxdur.
Livan şiə hərəkatı Hizbullah bildirib ki, onun döyüşçüləri İsrail ordusunun üç kazarmasını atəşə tutub.
Ölkənin şimalındakı Birket Rişa, Yiftah və Khirbet Maer yaşayış məntəqələrində yerləşən İsrail kazarmaları çoxsaylı buraxılış raket sistemlərindən atəşə tutulub. Hizbullah İsrail əsgərlərinin birbaşa zərbələr nəticəsində itki verdiyini iddia edir.
Mehriban Mirzəzadə