Martda 16 gün dincələcəyik - Bu tarixlərdə iş olmayacaq
    • 1-03-2024, 09:54
    • 147

Martda 16 gün dincələcəyik - Bu tarixlərdə iş olmayacaq

Bu gündən bayramlar ayı sayılan mart daxil olub.

News24.az xəbər verir ki, martda 16 gün iş olmayacaq.

Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Beləliklə, bu ay bayram, şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 16 gün iş olmayacaq.