Paris Olimpiadasında narahatlıq
    • 1-03-2024, 12:28
    • 340

Paris Olimpiadasında narahatlıq

Paris Olimpiadası yaxınlaşdıqca, Fransanın küçələri və Olimpiya kəndi oyunlara hazırlaşmağa davam edir.

News24.az xəbər verir ki, Fransa Xarici İşlər Naziri açıqlamasında bildirib ki, “Olimpiada öncəsi əsas narahatlıqlardan biri Fransanın elektrik şəbəkəsinə mümkün kiberhücumdur”.

Keçən həftə olimpiadada işləyən mühəndisin içində Paris Olimpiya Oyunları üçün təhlükəsizlik planları olan kompüter və iki USB çubuq olan çantasının oğurlandığı açıqlandı.

Mühəndis bildirib ki, onun kompüteri və iki USB çubuqunda həssas məlumatlar, xüsusilə də Olimpiadanın təhlükəsizlik planları var.

Məsələ ilə bağlı verdiyi açıqlamada Paris Bələdiyyəsi təhlükəsizlik planlarının oğurlandığını təkzib edərək, "işçinin təhlükəsizlik planları haqqında heç bir məlumatı olmadığını" bildirib.

Günel Məlikzadə