-
- 29-01-2024, 00:10
- 215
Paris böyük iğtişaşlara hazırlaşır
Fransa daxili işlər naziri tətil edən fermerlərin paytaxta girişi və ən böyük ərzaq bazarını bağlamaq təhlükəsi ilə əlaqədar Paris ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.
News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
Məlumata görə, Fransa Fermerlər İttifaqı paytaxta mal tədarükünün qarşısını almaq üçün Paris və şəhərətrafı ərazilərin tam blokadasını təşkil etmək niyyətində olduğunu açıqlayıb.
Aksiya bazar ertəsi gecə başlayacaq və ən azı beş gün davam edəcək.