-
- 1-03-2024, 13:00
- 292
Bayden və Tramp eyni gündə eyni yerdə
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca Bayden və Tramp eyni gün ABŞ-Meksika sərhədinə gedərək seçicilərə sərhəd təhlükəsizliyi ilə bağlı mesajlar verib.
News24.az xəbər verir ki, ABŞ prezidenti Bayden sərhəd təhlükəsizliyi ilə bağlı son vəziyyəti yerində araşdırmaq üçün Texasın Brownswille bölgəsinə səfər edib.
Bayden ABŞ-Meksika sərhədini daha təhlükəsiz edəcəklərini bildirib.
Qeyri-qanuni mühacirlərin ən çox istifadə etdiyi Rio Qrande çayının kənarını yoxlayan Bayden, "Amerika xalqının burada nə əldə etməyə çalışdığımızı bilməsini istəyirəm. Bunu etməməyə dözə bilmərik (sərhəd təhlükəsizliyi baxımından) " dedi.
Digər tərəfdən, sərhədin başqa bir nöqtəsində Texas qubernatoru Greg Abbott ilə görüşən və sıfır nöqtəni yoxlayan Tramp qeyri-qanuni mühacirlərin ABŞ-a çox asanlıqla daxil ola biləcəyini müdafiə edərək, “Bu, Co Baydenin yaratdığı bir işğaldır” dedi.
Texas ştatının Eagle Pass bölgəsindəki təmasları zamanı tez-tez “prezident olsa, sərhədləri təhlükəsiz edəcək” deyən Tramp Bayden administrasiyasının siyasətini tənqid edib. Texas qubernatoru Abbott tərəfindən sərhədə tikanlı məftillərin çəkildiyi bölgəyə də gedən Tramp “Bu, müharibəyə bənzəyir” deyib.
Respublikaçıların təşviqat qrupunun verdiyi bəyanatda bunun Baydenin səfərini Trampın əvvəllər elan edilmiş səfəri ilə üst-üstə salmaq üçün “qeyri-səmimi cəhd” olduğu bildirilib.
Qeyd edək ki, Bayden və Trampın Texasa eyni günə təsadüf edən səfərləri 2024-cü il prezident seçkilərinə aparan prosesdə "Demokratlar və Respublikaçılar arasında sərhəd təhlükəsizliyi ilə bağlı səs toplamaq yarışı güclənəcək" kimi şərh edilir.
Günel Məlikzadə