Tramp: "Bayden dünyanı cəhənnəmə çevirib"
    • 31-01-2024, 08:09
    • 124

Tramp: "Bayden dünyanı cəhənnəmə çevirib"

“ABŞ prezidenti Co Baydenin administrasiyası öz siyasəti ilə dünyanı cəhənnəmə çevirib və ölkəni qanlı qırğına sürükləyir”.

News24.az TASS-a istinadən xəbər verir ki, bu fikri Amerikanın keçmiş prezident Donald Tramp deyib.

“Co Bayden Əfqanıstanda Amerika ləyaqətindən əl çəkdiyi gündən dünya cəhənnəmə çevrilib, çünki hamı Ağ Evin sahibinin zəif, bacarıqsız və korrupsioner olduğunu bilir”, – Tramp açıqlamasında deyib.

Onun sözlərinə görə, Bayden öz hərəkətləri ilə ABŞ düşmənlərinə cəsarət verib, xaos və terror törətməyə imkan yaradıb. Bu da Yaxın Şərqdəki Amerika bazasına son hücumla nəticələnib: "Co Bayden ölkəmizi birbaşa Üçüncü Dünya Müharibəsinə, qanlı qırğına aparır. 

Tramp hər kəsi Baydeni vəzifəsindən uzaqlaşdırmağa səsləyib. 

Teymur Məmmədov