-
- 1-03-2024, 17:30
- 250
Ana körpə qızını sakitləşdirməyə çalışarkən...DƏHŞƏT!!!
Novosibirsk sakini yeni doğulmuş qızının sağlamlığına qəsdən ağır zərər vurmaqla onun ölümündə ittiham olunub.
News24.az xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.
Məlumata görə, məhkəmə onu iki ay müddətinə həbs edib.
İstintaqın məlumatına görə, cinayət dekabrın 23-ü günorta saatlarında baş verib. 19 yaşlı ana dekabrın 8-də dünyaya gələn ağlayan qızını sakitləşdirməyə çalışarkən əsəbiləşərək qızın ayaqlarından tutub və başını divanın çərçivəsinə azı 3 dəfə zorla vurub. Qız qapalı kəllə-beyin travması alıb. O, fevralın 27-də xəstəxanada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə