-
- 26-12-2023, 08:09
- 203
Bakıda toydan çıxan ər və arvadı maşın vurdu
Bakının Nizami rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.
Şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü, Heydərov Mirəziz Ramiz oğlu və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Heydərova Sevinc Nadir qızını minik avtomobili vurub.
Yaralılar ağır vəziyyətdə özəl xəstəxanların birinə yerləşdirilib.
M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb.
S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.
Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.