Bakıda 8 və 9 yaşlı qızları maşın vurdu
    • 12-07-2020, 21:30
    • 499

Bakıda 8 və 9 yaşlı qızları maşın vurdu

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub. 

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib. /APA/