Putin və Tokayev danışdı
    • 2-03-2024, 18:00
    • 266

Putin və Tokayev danışdı

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putinlə Tokayev arasında telefon danışığı olub. Tərəflər ikitərəfli gündəliyin bəzi məsələlərini müzakirə ediblər. Tokayev Prezidentin Federal Məclisə müraciətinin məzmunlu, proqram xarakterli olduğunu xüsusilə qeyd edib.

Moskva və Astana Rusiya ilə Qazaxıstan arasında müttəfiqliyin və strateji əməkdaşlığın möhkəmləndirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.

Mehriban Mirzəzadə