Putin Tokayevlə danışdı
    • 8-01-2022, 15:14
    • 406

Putin Tokayevlə danışdı

Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər danışıq zamanı Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. Tokayev yaxın günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının videokonfransın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Eləcə də o, hazırda vəziyyət sabitləşməyə doğru getdiyini deyib.

Tərəflər görülən tədbirlərlə bağlı fikir mübadiləsi aparıb.