-
- 2-03-2024, 17:00
- 294
Fələstindən Avropaya çağırış - Avropa Fələstini tanımalıdır...
Avropa ölkələri təşəbbüs göstərməlidir. Bu təşəbbüs Fələstin dövlətinin tanınması ilə başlaya bilər. Müsəlman ölkələri və beynəlxalq ictimaiyyət açıq mövqe nümayiş etdirməlidir. İsrailin dəyişmə cəhdlərini məğlub etməliyik.
News24.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumunda çıxış edən Fələstin Xarici İşlər Naziri Riyad əl-Maliki deyib.
"Bundan sonra işləyəcək yeganə səlahiyyətli və qanuni idarə Fələstin rəhbərliyidir. Qəzzada da Qərb Şəriyədə olduğu kimi Fələstin rəhbərliyi olacaq",- deyə o bildirib.
Maliki həmçinin onu da bildirib ki, Fələstin prezidenti Mahmud Abbas çərşənbə axşamı Ankaraya gələcək.
Mehriban Mirzəzadə