Qəzzada ölənlərin sayı 30 minə yaxınlaşır
    • 28-02-2024, 19:05
    • 232

Qəzzada ölənlərin sayı 30 minə yaxınlaşır

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların başlamasından bəri 30 minə yaxın insan həlak olub.

News24.az xəbər verir ki, bu barədə Fələstin bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Hazırda İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 29 954 nəfərə çatıb, daha 70 325 nəfər yaralanıb", ,- deyə məlumatda qeyd olunub.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) anklavda keçirdiyi əməliyyatlar nəticəsində 76 nəfər ölüb, 110 nəfər yaralanıb.

Mehriban Mirzəzadə