Zelenski tərəfdaşlarına çağırış etdi
    • 2-03-2024, 17:45
    • 302

Zelenski tərəfdaşlarına çağırış etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın martın 2-nə keçən gecə ən azı iki nəfərin ölümü ilə nəticələnən Odessaya hücumundan sonra tərəfdaşlarını əlavə hava hücumundan müdafiə sistemləri və raketlərlə təmin etməyə çağırıb.

News24.az xəbər verir ki, bu barədə Zelenski Facebook-da paylaşım edib.

“Rusiya dinc əhaliyə qarşı mübarizəni davam etdirir. Düşmənin pilotsuz təyyarələrindən biri Odessada yaşayış binasını vurub. 18 mənzil dağılıb”,- deyə Zelenski  yazıb.

O bildirib ki, tərəfdaşlarımızdan daha çox hava hücumundan müdafiəyə ehtiyacımız var.

“Xalqımıza Rusiya terrorundan müdafiə əlavə etmək üçün Ukrayna hava qalxanını gücləndirmək lazımdır. Daha çox hava hücumundan müdafiə sistemi, daha çox hava hücumundan müdafiə raketləri - bu insanların həyatını xilas edir”, - deyə Zelenski bildirib.

Mehriban Mirzəzadə