Ukrayna hücuma hazırlaşır - Zelenski açıqladı
    • 15-02-2023, 10:42
    • 171

Ukrayna hücuma hazırlaşır - Zelenski açıqladı

Ukrayna Rusiya ordusuna qarşı hazırladığı hücum üçün ordunu daha çox və təsirli silahlarla təmin etməyə çalışır. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama edib. 

"Bu, sayca doqquzuncu toplantıdır. Dövlətimizi qorumaq, əsgərlərimizi gücləndirmək üçün növbəti güclü qərar qəbul edilib. Daha çox hava hücumundan müdafiə sistemi, tank, top və mərmi tərəfdaşlar tərəfindən təsdiqlənib. Eyni zamanda da ordumuzun gələcək təlimləri təsdiq edilib".

Rusiya-Ukrayna müharibəsi çərçivəsində ölkəsindəki rus ordusuna hücum etməyə hazırlaşdıqlarını ifadə edən Zelenski “Əsgərlərimizə daha çox silah, uzun mənzilli silahlar və hücum üçün daha çox güc təmin etmək üçün əlimizdən gələni edirik" - deyib. /Haber Global/

Teymur MƏMMƏDOV