Cüdoçularımız Türkiyədə 12 medal qazandılar
    • 2-03-2024, 23:32
    • 475

Cüdoçularımız Türkiyədə 12 medal qazandılar


Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər.

Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq) və Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 bürünc mükafat qazanıblar.

Qeyd edək ki, turnir sabah başa çatacaq.