Azərbaycanda ağır qəza - piyada öldü - FOTOlar
    • 3-03-2024, 12:56
    • 149

Azərbaycanda ağır qəza - piyada öldü - FOTOlar

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Bərdə Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı "Ford" markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Kərimov Əzizi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.