Dünyanın ən böyük şəhərlərindən biri susuz qala bilər
    • 3-03-2024, 15:00
    • 282

Dünyanın ən böyük şəhərlərindən biri susuz qala bilər


Təxminən 22 milyon əhalisi olan Mexiko şəhəri bir sıra problemlərə görə ciddi su böhranı ilə üzləşib.

News24.az oxu.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, anormal dərəcədə az yağan yağışlar, uzun müddət davam edən quraqlıq dövr və yüksək temperatur su təchizatında gərginlik yaradıb. Hakimiyyət su anbarlarına ciddi məhdudiyyətlər qoymağa məcbur olub.

Artıq şəhərin bəzi əraziləri həftələrdir su qıtlığından əziyyət çəkir.