Şahin Hüseynov Bakıda həbs edildi – Foto
    • 4-03-2024, 11:28
    • 959

Şahin Hüseynov Bakıda həbs edildi – Foto

Suraxanı Rayon Polis İdarəsin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində quldurluq və oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.

News24.az xəbər verir ki, Suraxanı qəsəbəsi ərazisində “KİA” markalı avtomobildə sürücünün kəsici alətlə hədələnərək 260 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Şahin Hüseynov müəyyən olunaraq saxlanılıb.