Populyar "PlayStation" oyunu "PC" üçün yoldadır
    • 4-03-2024, 17:51
    • 287

Populyar "PlayStation" oyunu "PC" üçün yoldadır

Daha çox pul qazanmaq üçün "Sony Interactive Entertainment" ilk dəfə "PlayStation" üçün çıxardığı oyunları bir-bir kompüter üçün buraxmağa davam edir. Bu çərçivədə şirkət indiyə qədər bir çox məşhur istehsalı "PC" istifadəçilərinə təqdim etdi. Nəhayət, aksiyon-macəra oyunu Ghost of Tsushima-nın da bunlar arasında olacağı iddia edildi.

News24.az xəbər verir ki, bu günə qədər "Sony" kompüter platforması üçün "God of War, Uncharted: Legacy of Thieves Collection, The Last of Us və Marvel's Spider-Man: Miles Morales" kimi bir neçə məşhur "PlayStation" oyununu buraxmışdır.

Oyun dünyası üçün etibarlı mənbə olan "Shpeshal Nick, Ghost of Tsushima" oyununun 5 Martda PC üçün elan ediləcəyini iddia etdi. Əgər bu iddia doğrudursa, samuray temalı əsərin bu ilin sonuna kimi təqdim olunacağı ehtimalı yüksəkdir.

Günel Məlikzadə