"PlayStation 5 Pro" bu il gəlir?
    • 20-02-2024, 18:35
    • 126

"PlayStation 5 Pro" bu il gəlir?

Oyun dünyasında böyük həyəcan yaradan bir şayiəyə görə, "Playstation 5 Pro" 2024-cü ildə satışa çıxa bilər. Əvvəllər cihazın 2025-ci ildə satışa çıxacağı barədə şayiələr yayılmışdı. Ancaq keçən ilin noyabrda çıxardığı "PlayStation Slim" modeli üçün gözlənilən diqqəti görməyən "Sony" oyunçuların diqqətini yenidən cəlb etmək üçün "PlayStation 5 Pro" layihəsini daha erkən bir tarixə təxirə salmış kimi görünür.

News24.az xəbər verir ki, gözlədiyi diqqəti ala bilməyən "Sony" satış hədəfini 25 milyondan 21 milyona endirib.

PlayStation 5 Pro-nun standart versiyadan əhəmiyyətli dərəcədə güclü olacağı və daha keyfiyyətli 4K oyun təcrübəsi təqdim edəcəyi iddia edilir. Bu iddialar doğrudursa, "Xbox" tərəfinin bu hərəkətə güclü avadanlıqla cavab verməsi gözləniləcək.

2024-cü ilə işarə edən başqa bir amil Sony-nin "PlayStation Pro" modellərini standart cihazın buraxılmasından 3 il sonra buraxmasıdır. Çünki PlayStation 5 ilk dəfə 2020-ci ilin noyabrında satışa çıxarılıb.

Şirkətin Pro modeli üçün işlərini sürətləndirməsinin digər səbəbinin isə 2025-ci ildə çıxacağı açıqlanan "GTA 6" oyunu üçün məhsul satmaq olduğu bildirilir. Güclü aparat tələb edəcəyi gözlənilən oyun bir çox insanı yeni konsol almağa vadar edəcək.

Günel Məlikzadə