Aİ ölkələri təbii qaza qənaət edəcək
    • 4-03-2024, 19:45
    • 352

Aİ ölkələri təbii qaza qənaət edəcək

Avropa İttifaqı (Aİ) ölkələri növbəti qış dövrünə hazırlıq məqsədilə təbii qaz istehlakının 15 faiz azaldılması təcrübəsinin uzadılması barədə razılığa gəliblər.

News24.az xəbər verir ki, Aİ Şurası üzv ölkələrin enerji nazirlərinin Brüsseldə keçirilən iclasda təbii qaza qənaətin davam etdirilməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Açıqlamada üzv ölkələrin növbəti qış dövründə kifayət qədər qaz anbarı səviyyəsinə çatmaq üçün könüllü tələbin azaldılması tədbirlərini davam etdirməyə razılaşdıqları və üzv ölkələrin qaz tələbatının 15 faiz azaldılmasına davam ediləcəyi bildirilib.

Qeyd edək ki, Aİ ölkələrində Rusiya-Ukrayna müharibəsi və sonrakı enerji böhranı ilə qüvvəyə minən qaz qənaət praktikası martın 31-də başa çatırdı. Qəbul edilən qərarla bu təcrübə daha 1 il davam edəcək.

Günel Məlikzadə