“Qazprom” İtaliyaya göndərdiyi təbii qazın həcmini 50 faiz azaltdı
    • 17-06-2022, 01:45
    • 272

“Qazprom” İtaliyaya göndərdiyi təbii qazın həcmini 50 faiz azaltdı

İtaliyanın “Eni” neft-qaz şirkəti Rusiyanın “Qazprom” şirkətindən gündəlik tədarük olunan təbii qazın yalnız 50 faizinin təmin ediləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, şirkətin məlumatına görə, “Eni” “Qazprom”a gündəlik qaz tələbatının təxminən 63 milyon kubmetr olduğunu çatdırsa da, Rusiya şirkəti tələb olunan həcmin yalnız 50 faizini təmin edəcəyini bildirib.

“Qazprom” ötən gün “Eni”yə qaz tədarükünü 15 faiz azaldıb.

Qeyd edək ki, təbii qaz tələbatının təxminən 10 faizini Azərbaycandan təmin edən İtaliya enerji böhranı yaşamamaq üçün təchizat mənbələrini şaxələndirir. Belə ki, İtaliya Əlcəzairdən aldığı qazın həcmini artırıb, Konqo və Anqola kimi ölkələrlə qaz tədarükünə dair danışıqlar aparıb.