Kiçik mühərrikli təyyarə qəzaya uğradı: ölənlər var
    • 5-03-2024, 13:32
    • 142

Kiçik mühərrikli təyyarə qəzaya uğradı: ölənlər var

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində tək mühərrikli təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə "News Channel 5" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi axşam saat 20:00 radələrində baş verib. Hadisə nəticəsində bir neçə nəfər ölüb.

Təyyarədə olan sərnişinlərin sayı və qəzanın səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə