Günün ŞOK XƏBƏRi gəldi! - 6 futbolçudan ETİRAF
    • 5-03-2024, 13:57
    • 569

Günün ŞOK XƏBƏRi gəldi! - 6 futbolçudan ETİRAF

Azərbaycan çemponatında danışılmış oyunlarla bağlı araşdırma yekunlaşmaq üzrədir.

News24.az sportinfo-ya istinadla bildirir ki, AFFA-nın hüquq-mühafizə orqanlarının köməyi ilə apardığı təhqiqat şok faktlar üzə çıxarıb.

Bununla bağlı redaksiyamıza bəzi təfərrüatlar məlum olub. Aldığımız informasiyaya görə, I Liqanı əhatə edən araşdırma çərcivəsində 10-a yaxın futbolçu sorğu-suala cəlb olunub.

Onlardan 6-nın «qumar»da iştirakına dair şübhələr öz təsdiqini tapıb. Bu siyahının başında Fəhmin Muradbəyli gəlir.

«Neftçi»nin yetirməsi olan yarımmüdafiəçi cari mövsümün ilk yarısını «İrəvan»da keçirib. Onun oyunların manipulyasiyasında əlinin olmasını etiraf etməsinə dair hələlik qeyri-rəsmi bilgilər var.

AFFA yaxın günlərdə həmin «qara siyahı»nı açıqlayacaq. Ən azı 6 futbolçu bu sahədən ömürlük uzaqlaşdırılacaq.

Burada tək «İrəvan»ın oyunçuları yer almır. I Liqanın başqa klublarında forma geyinənlərin də futbol sektorunda fəaliyyətinə birdəfəlik «stop» qoyulacaq.