Daha bir ölkədə güclü zəlzələ - DAĞINTI VƏ TƏLAFAT
    • 5-03-2024, 17:41
    • 259

Daha bir ölkədə güclü zəlzələ - DAĞINTI VƏ TƏLAFAT

Çinin Zade qraflığında (Çinin Şimal-Qərbi Çinxay vilayətinin Yuşu-Tibet muxtar prefekturası) 5,3 bal gücündə zəlzələ qeydə alınıb. 

News24.az xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 33,52 dərəcə şimal eni və 93,01 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib. Məlumata görə, zəlzələnin mənbəyi 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, 2010-cu ilin aprelində bu əyalətdə 7,1 bal gücündə zəlzələ baş verib.

Mehriban Mirzəzadə