Daha bir ölkədə güclü zəlzələ baş verdi
    • 24-02-2024, 16:30
    • 119

Daha bir ölkədə güclü zəlzələ baş verdi

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Vilayətinin Qızılsu Qırğızıstan Muxtar Vilayətinin Akçi rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub və koordinatları 41,12 dərəcə şimal eni və 78,54 dərəcə şərq uzunluğu olan nöqtədə yerləşib.

Yeraltı təkanlar Akçi mahalının mərkəzindən 23 km, Aksu rayonunun Uşi mahalının mərkəzindən 58 km aralıda hiss olunub. 

Dağıntı və tələfat yoxdur.

Mehriban Mirzəzadə