Daha bir ölkədə güclü zəlzələ baş verdi
    • 23-01-2024, 10:20
    • 282

Daha bir ölkədə güclü zəlzələ baş verdi

Çin Seysmik Xidməti Sincan-Uyğur Muxtar Rayonunun Aksu bölgəsinin Uşi qəzasında baş verən növbəti zəlzələ barədə məlumat yayıb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çin Mərkəzi Televiziyasının məlumatına görə , günün ikinci zəlzələsi Pekin vaxtı ilə saat 09:18-də (Bakı vaxtı ilə 05:18) Sintszyan-Uyğur Muxtar Vilayətinin Aksu əyalətinin Vuşi rayonunda baş verib .

Məlumata görə,  5,2 bal gücündə zəlzələnin episentri 41,19 dərəcə şimal eni, 78,84 dərəcə şərq uzunluğunda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Xatırladaq ki, daha əvvəl Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə olub.

Mehriban Mirzəzadə