Rusiyada güclü zəlzələ baş verdi
    • 23-02-2024, 11:10
    • 124

Rusiyada güclü zəlzələ baş verdi

Kamçatka sahillərində 4,3 bal gücündə zəlzələ qeydə alıblar.

News24.az xəbər verir k, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ koordinatları 52°958 şimal eni olan bir nöqtədə baş verib.  159°487 şərq uzunluğu, 75 kilometr dərinlikdə seysmik hadisənin maqnitudası 4,3 olub.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər rayonundan 60 km şərqdə, Avaçinski körfəzində yerləşib. Şəhərin bəzi ərazilərində yeraltı təkanlar üç bala qədər hiss olunub. Tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan olunmayıb. 

Mehriban Mirzəzadə