65 yaşlı molla din adıyla azyaşlıları zorladı
    • 31-07-2018, 17:10
    • 1 751

65 yaşlı molla din adıyla azyaşlıları zorladı

Türkiyənin Konya şəhərində dəhşətli hadisə baş verib.

News24.az-ın məlumatına görə, Süleyman İşıq adlı 65 yaşlı fırıldaqçı molla din adı altında azyaşlılara təcavüz edib. Molla bunu dinin buyruğu ilə etdiyini söyləyərək, ətrafına dərs vermək adıyala topladığı gəncləri özünə bu üsulla ram edirmiş. Gənclərdən birinin polisə şikayəti əsasında saxlanılan mollanın evindən çoxlu sayda pornoqrafik filmlər, şəkil və videolar tapılıb.

Saxta molla azyaşlılarla cinsi əlaqəni videoya çəkib, onlardan şantaj yolu ilə pul da alırmış. Süleyman İşığın 70 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunub. Araşdırmalar davam edir.

İlhamə