-
- 6-03-2024, 13:06
- 207
Bayram tonqalında 3 uşaq xəsarət alıb
Bayram tonqalında 3 uşaq xəsarət alıbMartın 5-də axşam saatlarında paytaxt Bakıda və Sabirabad rayonu ərazisində ümumilikdə 3 nəfər Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alıb.
News24.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya TƏBİB-dən bildirilib.
Məlumata görə, Republika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 23:30 radələrində Xətai rayonu Gəncə prospekti 63 M ünvanından 2015-ci il təvəllüdlü (kişi cinsli) şəxsin tonqala yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub. O, sol budun yuxarı üçdə birinin qəlpəli sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin Uşaq-travmatologiya şöbəsinə hospitalizasiya olunub. Yüngül yanıq xəsarətləri də alan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Analoji hadisə Sabirabad rayonunda da qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü (hər iksi kişi cinsli olmaqla) azyaşlılar hər iki əlin yanığı diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.