-
- 6-03-2024, 13:36
- 264
ABŞ-da seçkinin taleyini nə müəyyən edəcək?
AA müxbiri ABŞ-ın Texas ştatının Meksikaya bitişik sərhəd şəhəri El Pasoda "Super çərşənbə axşamı" adlı praymerizdə amerikalıların nəbzini alıb.
News24.az xəbər verir ki, prezident seçkilərinə 8 ay qalmış, müxtəlif sorğu şirkətləri tərəfindən aparılan araşdırmalara görə, iqtisadiyyat və qeyri-leqal mühacirlər seçicilərin ən çox maraqlandığı məsələlər sırasındadır.
Respublikaçı namizəd Donald Tramp və Demokratlar Partiyasının namizədi Co Bayden immiqrasiya məsələsinin vacibliyini bildikləri üçün 15 böyük ştatda keçirilən praymerizdən əvvəl “Super çərşənbə axşamı” kimi tanınan eyni gündə Meksika sərhədinə səfər ediblər.
Tramp prezident seçiləcəyi təqdirdə qeyri-qanuni keçidlərin qarşısını alacağına və ölkədən qeyri-qanuni mühacirləri geri göndərəcəyinə söz verib. Prezident Baydeni açıq qapı siyasəti ilə ölkəni mühacirlərlə doldurmaqda ittiham edib.
Bayden isə Konqresə təqdim etdikləri 118 milyard dollarlıq "sərhəd təhlükəsizliyi və xarici yardım" paketini müdafiə edib. Bayden administrasiyası sərhəd təhlükəsizliyi büdcəsini Ukrayna və İsrailə hərbi yardım paketinə sıxaraq bir daşla iki quş öldürməyə çalışıb.
Lakin Trampın çağırışı ilə respublikaçılar bunun əleyhinə səs verdilər və qanun layihəsi düşdü. Bayden Texas ştatının Brownsville şəhərindəki çıxışında qanun layihəsinin iflasa uğramasında respublikaçı rəqibi Trampı günahlandırıb.
İki prezidentliyə namizədin qarşılıqlı ittihamları əslində partiyaların qeyri-qanuni miqrasiya ilə bağlı seçki strategiyasını ortaya qoyur.
Günel Məlikzadə