Uşaq qar uçqununa düşdü
    • 6-03-2024, 18:40
    • 175

Uşaq qar uçqununa düşdü

Ufada evin həyətində qar uçqunu altına düşən və az qala boğulan uşağı yoldan keçənlər xilas ediblər. 

News24.az xəbər verir ki, bu barədə “News Ufa” Telegram kanalı məlumat yayıb.

Hadisə Amantaya küçəsində yerləşən yaşayış binalarının həyətində, 2-ci sinif şagirdi böyük qardaşı ilə gəzərkən baş verib. 

Qardaşı uşağı qazıb çıxarmağa çalışsa da, buna nail ola bilməyib və yoldan keçənləri köməyə çağırıb. Uşaq huşsuz vəziyyətdə qarın altından çıxarılaraq təcili tibbi yardıma təhvil verilib.

Mehriban Mirzəzadə