Ucarda idarə həyətində körpə tapılıb
    • 12-07-2021, 11:53
    • 356

Ucarda idarə həyətində körpə tapılıb

Ucarda yeni doğulmuş uşaq tapılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapıb.

Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.