-
- 6-03-2024, 19:53
- 692
"Aygün Şövkət Ələkbərova ilə eyni taleyi yaşadı"
"Onu tərfiləyəndə deyirdi utanıram. Mənim konsertimə gəldi, xəstə idi, iynə vurmuşdular. Səhnəyə çıxdı, onu necə alqışladılar. İnsanın özü sənət idi. Deyirik, biz sənətə gəlmişik. Amma sənət ona gəlmişdi. Görün kimi itirdik. Elə ifaları var ki, heç yerdə eşidilməyib".
News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Sohbət var" proqramında deyib. Müğənni mərhum Əməkdar artist Aygün Bəylərdən danışıb.
"Aygün Bəylər yazılmayan bir notdur. Aygün gözəl görünəndə hamımız sevinirdik. Hərdən saçlarını uzadırdı, xoşum gəlirdi. Sonra qayıdırdı ki, məclisə getdim, diqqət çəkdim, xanım kimi görünürdüm, tərifləyirdilər. Mən ancaq sənəti göstərməliydim. Sonuncu konsertində çox əziyyət çəkdi. Şövkət Ələkbərova da Aygün kimi ölüm yaşamışdı. O da dünyasını dəyişməzdən əvvəl 2 gün Almaniyada konsert verdi. Həmin pulu 1990-cı il şəhidləri üçün olan fonda keçirtdi və dünyasını dəyişdi" deyə, o bildirib.
Qeyd edək ki, Aygün Bəylər konsertindən əldə olunan gəliri "Yaşat" fonduna keçirtmişdi.