Husilər yük gəmisinə hücum etdi: 3 nəfər öldü
    • 7-03-2024, 11:11
    • 166

Husilər yük gəmisinə hücum etdi: 3 nəfər öldü

Ədən körfəzində "Ənsar Allah" (Yəmən husiləri) tərəfindən həyata keçirilən hücum nəticəsində "True Confidence" yük gəmisinin iki ekipaj üzvü həlak olub.

News24.az xəbər verir ki, bu barədə BBC News ABŞ və Britaniya rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, daha 6 gəmi heyəti üzvü yaralanıb. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq dəniz koalisiyasının gəmiləri dənizçilərə yardım edib.

Ekipaj gəmini tərk edib, beynəlxalq koalisiyanın hərbi gəmiləri isə “reaksiya verib və durumu dəyərləndirirlər”.

Mərkəzi Komandanlıq diqqət çəkib ki, bu, husilərin son iki gündə gəmiəleyhinə ballistik raket silahları ilə etdiyi beşinci hücumdur.

Qeyd edək ki, daha öncə “Ənsar Allah”ın nümayəndəsi körfəzdə gəmiyə hücum etdiklərini təsdiqləyib.

Mehriban Mirzəzadə