-
- 7-03-2024, 19:10
- 169
"Qəzzada ən çox qadınlar və uşaqlar təsirlənir"
Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Media Mərkəzində keçirilən “Güclü Türkiyənin Güclü Qadınları Zirvəsi”ndə çıxışı zamanı bildirib ki, türk qadınları öz zəhmətləri və cəsarətləri ilə ailənin və cəmiyyətin rifahı üçün bənzərsiz bir qaynaq təqdim edirlər.
News24.az xəbər verir ki, Göktaş Qəzzadakı hadisələrlə bağlı belə deyib:
"Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına qarşısıalınmaz hücumlarının şahidi oluruq. Bu vəhşilikdən ən çox qadınlar və uşaqlar təsirlənir. Biz bütün dünyada qadın və uşaqların təhlükəsiz, sağlam mühitdə yaşamaq hüquqlarını müdafiə edəcəyik, xüsusilə də Fələstində”.
Günel Məlikzadə