“Müharibə deyil, soyqırımdır”
    • 19-02-2024, 11:04
    • 108

“Müharibə deyil, soyqırımdır”

Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzanı işğal etməsini “soyqırım” adlandırıb və bölgədə baş verənləri Holokostla müqayisə edib. 

News24.az xəbər verir ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı sammitində iştirak edən Lula İsrailin Qəzzaya hücumlarını Adolf Hitlerin hücumları ilə müqayisə edib.

Qəzza zolağında Fələstin xalqının başına gələnlərin tarixin heç bir zamanında baş vermədiyini müdafiə edən Lula, "Əslində bu, Hitlerin yəhudiləri öldürməsi zamanı baş verənlərlə eynidir" deyib.

Lula Qəzzada əsgərlərlə əsgərlər arasında müharibə olmadığını, bunun müharibədən çox soyqırım olduğunu bildirib:

“Qəzza zolağında baş verənlər müharibə deyil. Bu soyqırımdır. Bu, əsgərlərlə əsgərlər arasında gedən müharibə deyil. Bu, yüksək təlim keçmiş ordu ilə qadınlar və uşaqlar arasında müharibədir”.

Günel Məlikzadə