Axtarışda olan 266 nəfər tutuldu
    • 7-03-2024, 19:50
    • 272

Axtarışda olan 266 nəfər tutuldu

Türkiyə İl Təhlükəsizlik Müdirliyi İctimai Asayiş Şöbə Müdirliyinin koordinasiyasında axtarış qərarı çıxarılan şəxslərin tutulması üçün şəhər daxilində 138 ünvanda eyni vaxtda reydlər keçirilib.

News24.az xəbər verir ki, İzmirdə keçirilən əməliyyat zamanı oğurluq, soyğunçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq kimi müxtəlif cinayətlərə görə axtarışda olan 266 nəfər tutulub.

Nəzarətə alınan şübhəlilər ədliyyə orqanlarına sövq edilib.

Günel Məlikzadə