Seneqalda prezident seçkiləri keçiriləcək
    • 7-03-2024, 21:20
    • 224

Seneqalda prezident seçkiləri keçiriləcək

Seneqalda prezident seçkiləri martın 24-də keçiriləcək.

News24.az xəbər verir ki, prezidentliyə namizəd olan baş nazir Amadu Ba seçki fəaliyyəti ilə əlaqədar vəzifəsini tərk edib.

Banın yerinə daxili işlər naziri Sidiki Kaba baş nazir təyin edilib.

Digər tərəfdən Milli Dialoq yığıncaqlarından sonra təyin olunan 2 iyun tarixi də Konstitusiya Şurası tərəfindən rədd edildi.

Qeyd edək ki, Konstitusiya Şurası prezident seçkilərinin martın 31-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiya Şurası və Nazirlər Şurası iki ayrı tarix elan etdikdən sonra hökumət mənbələri seçkinin martın 24-də keçiriləcəyini təsdiqləyib.

Günel Məlikzadə