Rafael İskəndərovla bağlı YENİ XƏBƏR
    • 7-03-2024, 21:32
    • 20 017

Rafael İskəndərovla bağlı YENİ XƏBƏR


Əməkdar artist Rafael İskəndərov “Səma ilə görüş” filminin qala gecəsində anasını aktyor İlkin Həsəni ilə görüşdürüb.

News24.az OLAY-a istinadla xəbər verir ki, onun anası məktəbdə Həsəninin riyaziyyat müəllimi olub. 

“İllər sonra anam məktəbdə riyaziyyatdan dərs dediyi şagirdi İlkinlə görüşdü”, - deyə, İskəndərov paylaşımında yazıb.

İlkin Həsəni Əməkdar artistin paylaşımına “Zariya mülliməm. Allah cansağlığı versin. 98-99-cu illərdə bu xanımın sayəsində bütün sinfimiz “Bala Başa Bəla” teletamaşasını əzbər bilirdi” şərhini yazıb.